“İKİNCİ ƏL” AVTOMOBİLLƏR QİYMƏTİ KƏSKİN ARTIB
“İKİNCİ ƏL” AVTOMOBİLLƏR QİYMƏTİ KƏSKİN ARTIB
MAŞIN BAZARINDAKI BAHALAŞMANIN SƏBƏBİ AÇIQLANDI
2026-cı il yanvarın 1-dən xaricdən idxal olunan hibrid və elektrik avtomobillərinə tətbiq edilən ƏDV və gömrük rüsumu güzəştlərinin müddəti başa çatıb. Modern.az-a açıqlamasında Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyev bildirib ki, 2025-ci ildə demək olar ki, “çökmüş” ikinci əl avtomobil bazarı bu il tədricən dirçəlməyə başlayıb. Ötən il qiymətlərdə 35-45 faizə qədər enmə müşahidə olunurdusa, artıq bu il əksinə, avtomobillərdə bahalaşma hiss olunur. Bununla belə, bu, bazarda ciddi canlanma olduğu anlamına gəlmir. Əksinə, yanvar-fevral ayları ənənəvi olaraq avtomobil bazarında sakit dövr sayılır və bu il də həmin durğunluq daha aydın hiss olunub. Həm yeni, eləcə də ikinci əl avtomobillərin satışında zəifləmə müşahidə edilib.




