İLHAMƏ QULİYEVANIN BACISI QIZI HƏBS EDİLDİ
SAHİBKARDAN QIZIL-ZİNƏT ƏŞYALARI ALAN KOSMETOLOQ MƏHKƏMƏLİK OLDU
Azərbaycanın mərhum Xalq artisti İlhamə Quliyevanın bacısı qızı Nigar Həsənova həbs edilib. Manset.az xəbər verir ki, Bakıda kosmetoloq kimi fəaliyyət göstərən Nigar Həsənova barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 3 ay 17 gün müddətinə həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə ittiham edilir. Bildirilir ki, cinayət işi çərçivəsində 18 nəfər zərərçəkən müəyyən edilib.Nigar Həsənovanın onlara məxsus ümumilikdə 811 337 manat pul vəsaitini ələ keçirməsi müəyyənləşib.Qeyd edək ki, daha əvvəl Həsənovanın sahibkardan külli miqdarda qızıl-zinət əşyaları, pul vəsaitləri alaraq geri qaytarmaması ilə bağlı xəbər yayılmışdı.




