31 MİLYARD DOLLARLIQ SİFARİŞ
İLK UÇAN AVTOMOBİLİN İSTEHSALINA START VERİLDİ
Silikon Vadisində ilk uçan avtomobilin istehsalına start verilib. “Alef Aeronautics” Kaliforniyada tam elektriklə işləyən Model A-nın yığılmasına başladığını açıqlayıb.On illik inkişaf prosesindən sonra təqdim edilən uçan avtomobil bir dəfə şarjla yolda 350 km, havada isə 177 km məsafə qət edir.Model A artıq dünya üzrə böyük maraq toplayıb. Şirkət ümumi dəyəri 1 milyard dollar olan 3 500 sifariş qəbul edib. İstehsal müəssisəsində hər bir avtomobil əllə yığılır və proses bir neçə ay çəkir.İlk nümunələr məhdud sayda erkən müştərilərə verilib və onlar real şəraitdə sınaqlarda iştirak edəcəklər. Bu istifadəçilər xüsusi təlim alacaq və daimi texniki dəstəklə təmin olunacaqlar. Model A bazarda ilk “həqiqi uçan avtomobil” kimi təqdim olunur. O, adi yollarda hərəkət edə bilir və eyni zamanda şaquli qalxış həyata keçirir. Uçuş-enmə zolağına ehtiyac duymaması və tam elektriklə işləməsi də onu ekoloji baxımdan daha səmərəli edir.




