“İNDİYƏ QƏDƏR YALNIZ BİR NƏFƏR VƏTƏNDAŞIMIZ XƏSARƏT ALIB”
XİN HƏRBİ ESKALASİYA ŞƏRAİTİNDƏ VƏTƏNDAŞLARIMIZIN VƏZİYYƏTİNİ AÇIQLADI
İndiyə qədər, yalnız bir nəfər vətəndaşımız xəsarət alıb,onun vəziyyəti yaxşıdır. Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin regionda hərbi eskalasiya şəraitində vətəndaşlarımızın vəziyyəti ilə bağlı sorğuya cavabda bildirib. Qeyd edilib ki, böhran vəziyyətinə uyğun olaraq, bölgədə yerləşən Səfirliklərimiz və Baş konsulluqlarımız fəaliyyətini gücləndirilmiş rejimdə davam etdirir: Vətəndaşlarımızın təxliyyəsinə gəldikdə, indiki məqamda, Xarici İşlər Nazirliyinin paylaşdığı səyahət xəbərdarlığına uyğun olaraq, İran ərazisində olan Azərbaycan vətəndaşlarının İrandan çıxışı üçün yerləşmə bölgəsindən asılı olaraq Azərbaycan və Türkiyə quru sərhəddindən istifadə olunur. İndiyə qədər 30 nəfər vətəndaşımız Azərbaycan sərhəddindən keçid edib.




