İNDİYƏDƏK QEYDƏ ALINAN ƏN BÖYÜK ÖDƏNİŞ
İNDİYƏDƏK QEYDƏ ALINAN ƏN BÖYÜK ÖDƏNİŞ
TİKTOK ABŞ-DƏ QALMAQ ÜÇÜN 10 MİLYARD DOLLAR VERƏCƏK
ABŞ administrasiyası “TikTok” platformasının ABŞ-da fəaliyyətini davam etdirməsi ilə bağlı əldə olunan razılaşma çərçivəsində investorlardan təxminən 10 milyard dollar ödəniş alacaq.Bu barədə “The Wall Street Journal” mənbələrə istinadla məlumat yayıb. Razılaşmaya əsasən, investorlar ABŞ Maliyyə Nazirliyinə artıq təxminən 2,5 milyard dollar ödəyiblər. Nəşr qeyd edir ki, bu, hökumətin sövdələşmənin təşkilində göstərdiyi yardım müqabilində indiyədək qeydə alınan ən böyük ödənişlərdən biridir. ABŞ rəsmilərinin sözlərinə görə, bu məbləğ Prezident Donald Trampın “TikTok”un ABŞ bazarında qalması və bu məsələ ilə bağlı Pekinlə aparılan danışıqlardakı rolunu əks etdirir.




