İRAN ABŞ-NİN ATƏŞKƏS TƏKLİFİNİ RƏDD ETDİ
“MÜNAQİŞƏNİN BİRDƏFƏLİK DAYANDIRILMASINI TƏLƏB EDİRİK”
İran müharibənin başa çatması ilə bağlı ABŞ-nin təklifinə 10 maddəlik planla cavab verib.IRNA-nın məlumatına görə, cavab Pakistan vasitəsilə göndərilib.Məlumata görə, 10 maddədən ibarət cavabda İran əvvəlki təcrübələri nəzərə alaraq, atəşkəsi rədd edib və öz maraqları nəzərə alınmaqla müharibənin birdəfəlik başa çatmasının vacibliyini vurğulayıb.
Cavab İranın bir sıra tələblərini, o cümlədən bölgədə döyüşlərin dayandırılması, Hörmüz boğazı vasitəsilə təhlükəsiz keçid protokolu, İrana hücumlarda dağılmış infrastrukturun bərpası və sanksiyaların aradan qaldırılmasını əhatə edir.Xatırladaq ki,ABŞ İrana 45 günlük atəşkəs təklifi etmişdi.




