İRAN BMT-YƏ MÜRACİƏT ETDİ
“BEYNƏLXALQ QURUMLARIN SONUNUN BAŞLANĞICI OLACAQ”
İran BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib. Beynəlxalq ictimaiyyət İrana hərbi hücumlara reaksiya vermədiyi halda bu, bütün beynəlxalq qurumların sonunun başlanğıcı olacaq “İran Silahlı Qüvvələri qətiyyətlə və bütün qabiliyyəti ilə ölkəni müdafiə edir”, deyə Bəqayi əlavə edib.
Qeyd edək ki, fevralın 28-i səhər saatlarından ABŞ və İsrailin İrana intensiv hücumları başlayıb.




