İRAN ƏTRAFINDAKI GƏRGİNLİK AVİAREYSLƏRƏ TƏSİR ETDİ
BAKI DAXİL OLMAQLA BİR SIRA ŞƏHƏRLƏRƏ UÇUŞLAR DAYANDIRILDI
Hindistanın aşağıbüdcəli “IndiGo” aviaşirkəti fevralın 28-dək Bakı, Tbilisi, Almatı və Daşkəndə, həmçinin bu istiqamətlərdən bütün uçuşları ləğv edib. Məlumata görə Tailandın Phuket adasında istirahətə yollanan xeyli sayda Azərbaycan vətəndaşları hazırda hava limanında qalıblar. Report” xarici KİV-ə istinadən xəbər verir ki, aviaşirkət uçuşların ləğv edilməsinə səbəb kimi müştərilərin və heyətin təhlükəsizliyinin təmin edilməsi zərurətini göstərib. Müştərilərə alternativ səyahət variantlarından faydalanmaq və ya ödənişi tam geri almaq imkanı təklif olunub. Vəziyyət dəyişdikcə qərara yenidən baxıla biləcəyi vurğulanıb.Qeyd edək ki, ləğv edilən reyslər İranın hava məkanından keçən və ya ona yaxın marşrutları əhatə edir. KLM, “Lufthansa” və “Air France” kimi bir sıra şirkətlər də artıq yanvarın 23-dən Yaxın Şərq istiqamətində uçuşları dayandırıb və ya marşrutlarını dəyişib. Onu da deyək ki, Novruz bayramı tətili ilə əlaqədar xeyli sayda Azərbaycan vətəndaşı Hindistan və cənub-şərqi Asiya ölkələrinə “IndiGo” Hava Yollarından tur-paketlər alıblar.




