İRAN NEFTİNƏ MÜVƏQQƏTİ “YAŞIL İŞIQ”
İRAN NEFTİNƏ MÜVƏQQƏTİ “YAŞIL İŞIQ”
30 GÜN SANKSİYADAN AZAD EDİLDİ
ABŞ hökuməti açıqlayıb ki, gəmilərə yüklənən İran neftinin satışı 19 aprelə qədər müvəqqəti olaraq sanksiyalardan azad edilib. Bu qərar bazarda neft çatışmazlığını azaltmaq üçün verilib.Son vaxtlar İranla bağlı gərginliyə görə neftin qiyməti kəskin artıb. Məsələn, Brent markalı neftin qiyməti əvvəlki dövrlə müqayisədə təxminən 60% bahalaşaraq bir barel üçün 110 dolları keçib. Bu da bazarlarda narahatlıq yaradıb.Buna görə ABŞ administrasiyası qərar verib ki, 30 gün ərzində İran nefti dəniz yolu ilə alınıb satıla bilsin. Məqsəd dünya bazarına daha çox neft çıxarmaq və qiymət artımını bir qədər sabitləşdirməkdir.ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, bu addım nəticəsində bazara təxminən 140 milyon barel əlavə neft çıxarıla bilər. Bu isə ümumi enerji təchizatını artıraraq qiymətlərə olan təzyiqi azalda bilər.




