İRAN XARİCİ QÜVVƏLƏRƏ BOYUN ƏYMƏYƏCƏK
YENİ ALİ LİDER XALQA İLK DƏFƏ MÜRACİƏT ETDİ
İranın yeni Ali lideri ayətullah Müctəba Xamenei xalqa ilk dəfə müraciət edib. O, İran ordusunun fəaliyyətini yüksək qiymətləndirib. Onun sözlərinə görə, İran xarici qüvvələrə boyun əyməyəcək. Xamenei həmçinin İsrail və ABŞ ilə münaqişənin davam edəcəyi təqdirdə “yeni cəbhələr açacağını” da vəd edib. İranın yeni Ali Rəhbəri bildirib ki, körfəzi ölkələrinə hücumlar davam edəcək. Vurğulayıb ki, Hörmüz boğazının bağlanmasından təzyiq vasitəsi kimi istifadə ediləcək. Bundan əlavə, Müctəba Xamenei Amerika Birləşmiş Ştatları və İsraildən hücumların vurduğu zərərlərə görə kompensasiya tələb edib.Qeyd edək ki, Müctəba Xamenei ictimaiyyət qarşısına çıxmayıb. Onun mesajı İran dövlət televiziyası vasitəsilə yayımlanıb. Məlumata görə, İranın yeni ali lideri müharibə zamanı təhlükəsizlik səbəbləri və mümkün hücum riskləri səbəbindən gizli və qorunan məkanda saxlanılır, buna görə də hələlik açıq şəkildə görünmür.




