İRANDAKI GƏRGİNLİK İQTİSADİ ÇƏTİNLİKLƏR YARADA BİLƏR
İRANDAKI GƏRGİNLİK İQTİSADİ ÇƏTİNLİKLƏR YARADA BİLƏR
“FİTCH” AZƏRBAYCANA MÜMKÜN TƏSİRLƏRİ AÇIQLADI
İranda baş verən münaqişə bəzi inkişaf etməkdə olan ölkələr üçün iqtisadi çətinliklər yarada bilər. Bu barədə “Fitch Ratings” hesabatında bildirilir. Məlumata görə bu təsir əsasən enerji idxalı, pul köçürmələri, valyuta məzənnəsi və maliyyələşməyə çıxış vasitəsilə hiss oluna bilər. Qeyd olunur ki, İrandakı qeyri-sabitlik qaçqın axınına səbəb olarsa, bundan xüsusilə Azərbaycan, İraq və Türkiyə təsirlənə bilər.Bununla yanaşı, neft və qaz ixrac edən ölkələr üçün enerji qiymətlərinin yüksəlməsi müsbət nəticə verə bilər. Bu ölkələr arasında Azərbaycan da var. Yüksək enerji qiymətləri ixrac gəlirlərinin artmasına və maliyyə vəziyyətinin yaxşılaşmasına kömək edə bilər.“Fitch” qeyd edir ki, əgər Hörmüz boğazı qısa müddətə bağlanarsa və neft infrastrukturu ciddi zərər görməzsə, inkişaf etməkdə olan bazarlar üçün risklər məhdud olacaq. Amma bağlanma uzun davam edərsə, təsir daha böyük ola bilər.




