İRANDAN ABŞ-YƏ VƏ İSRAİLƏ XƏBƏRDARLIQ
SEPAH ÜZVLƏRİNDƏN ÖLƏN VƏ YARALANANLAR VAR
“Xəbərdarlıq etmişdik!
İndi başladığınız yolun sonu artıq sizin əlinizdə deyil”. Bunu İran parlamentinin Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi “X” hesabında yazıb.
İnterşum:
İranın xəbər agentliklərinə kiberhücumlar edilib
Bu gün İsrailin İrana qarşı hava zərbələri endirməsi ilə eyni zamanda İranda xəbər agentlikləri haker hücumlarına məruz qalıb.
Məlumata görə, İranın rəsmi IRNA və ISNA xəbər agentliklərinə kütləvi kiberhücumlar edilib.
Hazırda xəbər agentliklərinin rəsmi internet saytlarına giriş mümkün olmur. Agentliklər “Telegram” kanalları vasitəsilə paylaşım edərək, texniki problemlərin tezliklə həll ediləcəyini açıqlayıb.
Qeyd edək ki, İsrailin İrana hücumu zamanı SEPAH-ın heyəti arasında çoxsaylı ölən və yaralananların olduğu barədə məlumatlar var




