İRANIN NAXÇIVANA HÜCUMUNA BEYNƏLXALQ REAKSİYA
“TEHRAN VƏZİYYƏTƏ NƏZARƏTİ İTİRİB”
İranın Azərbaycana hücumu onu sübut edir ki, Tehran vəziyyətə nəzarəti itirib. Bunu İsrail xarici işlər nazirinin müavini Şaren Haskel bildirib.
Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi İranın pilotsuz uçuş aparatları ilə Azərbaycana zərbə endirməsini, həmçinin Türkiyəyə PUA ilə hücum etmək cəhdini pisləyərək qeyd edib ki, “İki ölkəyə qarşı bu qorxaq cəhdlər, həmçinin İranın region dövlətlərinə qarşı təkrarlanan həyasız davranışı heç bir halda bəraət qazandırılması mümkün olmayan düşmənçilik kursunun sübutudur.
Küveyt Xarici İşlər Nazirliyi də hadisəyə biganə qalmayıb. Qurumun yaydığı bəyanatda qeyd edilib ki, Türkiyə və Azərbaycanın suverenliyini, təhlükəsizliyini və sabitliyini qorumaq üçün gördükləri bütün tədbirləri dəstəkləyir”,
Qətər Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda isə qeyd edilib ki, Belə düşmənçilik hərəkətləri təhlükəli eskalasiya və dövlətlərin suverenliyinin kobud şəkildə pozulması, eləcə də regionun təhlükəsizliyi və sabitliyinə birbaşa təhdiddir.




