İRANIN RAKET HÜCUMUNDA AZƏRBAYCANLILAR ÖLDÜ
İRANIN RAKET HÜCUMUNDA AZƏRBAYCANLILAR ÖLDÜ
AZƏRBAYCANIN İSRAİLDƏKİ SƏFİRLİYİ MƏLUMAT YAYDI
İranın İsrailə raket hücumu atması nəticəsində 2 azərbaycanlı – Amid Murtuzov və Rüstəm Qulamov həlak olub. “Qafqazinfo” xəbər verir ki, onlar Təl-Əvivin Petah Tikva adlanan hissəsinə kasetli bombanın düşməsi nəticəsində həyatlarını itiriblər. Qeyd edilib ki, hər iki şəxs tikinti sahəsində çalışırmış və işlədikləri yerdə həlak olublar. Azərbaycanın İsraildəki səfirliyinin məlumatına görə həlak olan Amid Murtuzov Azərbaycan və İsrail vətəndaşıdır. O, İsrailin Petax Tikva şəhər sakini olub, ailəsi ilə birgə uzun illər əvvəl İsrailə miqrasiya edib və uzun müddət İsraildə yaşayıb.




