İRİ ŞİRKƏTDƏN XƏBƏRDARLIQ
DUBAYDA CƏMİ 10 GÜNLÜK ƏRZAQ EHTİYATI QALIB
İrandakı müharibə Yaxın Şərqdə həm hərbi, həm iqtisadi, həm də ərzaq təhlükəsizliyinə təsir göstərib. FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Dubay və Körfəz regionunda hava və dəniz daşımalarının pozulması ərzaq logistikasını çətinləşdirib. Qlobal logistika nəhəngi «Kühne+Nagel» şirkətinin baş direktoru bildirib ki, təzə ərzaq məhsullarının ehtiyatı təxminən 10 günə kifayət edə bilər. Hörmüz boğazı ətrafındakı təhlükə region üçün strateji əhəmiyyət daşıyan idxal marşrutlarını risk altına qoyur.Buna baxmayaraq, BƏƏ hökuməti ölkənin strateji ərzaq ehtiyatlarının 4–6 ay üçün kifayət etdiyini və supermarketlərdə tələbatın qarşılandığını bildirir. Böyük pərakəndə şəbəkələr də çatışmazlıq olmadığını təsdiqləyir.Region ölkələri uzun illər ərzində ərzaq təhlükəsizliyini təmin etmək üçün xarici investisiya və böyük anbar ehtiyatları yaradıb; məsələn, Dubayda «Al Khaleej Sugar» müəssisəsi iki illik xammal ehtiyatına malikdir.




