İTALİYA SÜNİ ƏTİN SATIŞINI QADAĞAN EDİLDİ
İTALİYA SÜNİ ƏTİN SATIŞINI QADAĞAN EDİLDİ
BİLL QEYTSİN İNVESTİSİYALARI MÜZAKİRƏ MÖVZUSUNA ÇEVRİLDİ
İtaliyada laboratoriya şəraitində hazırlanan, “süni ət” və ya “kültür əti” adlanan məhsulların satışını qadağan edilib. Hökumət bu qərarı ölkənin ənənəvi qida istehsalını və kənd təsərrüfatını qorumaq üçün qəbul edib.Qaydaya görə, laboratoriyada hüceyrələrdən hazırlanan ət məhsulları İtaliyada istehsal edilə və satıla bilməz. Rəsmilər deyir ki, bu, həm istehlakçı sağlamlığını qoruyacaq, həm də ölkənin kənd təsərrüfatını dəstəkləyəcək.Bu arada amerikalı milyarder, iş adamı Bill Qeyts son illərdə süni ət və alternativ protein texnologiyalarına sərmayə qoyub. İtaliyanın qəbul etdiyi qərardan sonra Avropada süni ət və alternativ protein istehsalı ilə bağlı müzakirələrin yenidən gündəmə gələcəyi gözlənilir.Qeyd edək ki, süni ətə rəsmi qadağa tətbiq edən ölkələr İtaliya və Macarıstan hesab olunur, bəzi ABŞ ştatlarında isə buna yerli səviyyədə məhdudiyyətlər var.




