KEÇMİŞ SƏDRƏ AĞIR İTTİHAM
1 MİLYARD MANAT DÖVLƏT VƏSAİTİNİ TALAN EDİB?
Saleh Məmmədovun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən kənarlaşdırılmasından sonra bu qurumda aparılan maliyyə araşdırmaları külli miqdarda yeyintilərin baş verdiyini üzə çıxarıb. Bu barədə “Gununsesi.info” saytı bu barədə özəl mənbələrə istinadla xəbər yayıb. Qeyd olunur ki, aparılan yoxlamaların nəticəsində son illərdə 1 milyard manat dövlət vəsaitinin talan olunması müəyyən olunub.Bildirilir ki, Saleh Məmmədovun qarşısında bu vəsaiti geri qaytarmaq tələbi qoyulub.“Əks təqdirdə, prosesin sonu Saleh Məmmədovu və ətrafını həbsi ilə nəticələnəcək”, – deyə mənbə bildirib. Məlumatda qeyd olunur ki, Saleh Məmmədov vəziyyəti yumşaltmaq üçün maliyyə naziri Sahil Babayevlə görüşməyə cəhd etsə də, buna nail ola bilməyib.




