KİBERHÜCUM CƏHDİNİN QARŞISI NECƏ ALINDI?
21-Cİ SANİYƏDƏ BAŞLAYAN MƏNZİL SEÇİMİ
KİBERHÜCUM CƏHDİNİN QARŞISI NECƏ ALINDI?
Güzəştli mənzillərin seçiminə edilən kiberhücum cəhdinin qarşısı alınıb. Bu barədə Mənzil İnkişafı Dövlət Agentliyi , Dövlət Təhlükəsizliyi Xidməti və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti birgə məlumat yayıb . İlk mənzil seçimi 21-ci saniyədə baş tutub. Mənzil seçimi prosesinə nəzarət zamanı müxtəlif kiberhücum cəhdləri müşahidə edilib, lakin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin tətbiq etdiyi təhlükəsizlik mexanizmlərinin işə düşməsi ilə həmin cəhdlərin qarşısı alınıb.




