“Koç” Holdinq biotexnologiya şirkətinin 65 faizini satın aldı
Türkiyənin məşhur “Koç” Holdinqi, biotexnologiya sahəsində fəaliyyət göstərən “Stembio” şirkətinin 65%-lik səhmlərini satın alıb.
2020-ci ildə qurulan “Stembio” kök hüceyrə və toxuma texnologiyaları sahəsində xidmətlər təqdim edir. Şirkət, doğuş zamanı körpənin göbək ciyəsi qanını toplayır, emal edir və həmin qanı xüsusi şəraitdə saxlayır.
Göbək ciyəsi qanı kök hüceyrələrlə zəngindir və gələcəkdə müxtəlif xəstəliklərin müalicəsi üçün böyük potensiala malikdir.
“Stembio” kök hüceyrə istehsalı ilə də məşğul olur və bu hüceyrələrdən qan xəstəlikləri və digər sağlamlıq problemlərinin müalicəsində istifadə edir. Şirkət, həmçinin toxuma nümunələri toplayıb saxlayır. Bu toxumalar transplantasiya və regenerativ tibb tətbiqləri üçün hazır vəziyyətdə qorunur.
“Stembio” saxladığı kök hüceyrə və toxuma nümunələrini xəstələr ehtiyac duyduqda sürətli şəkildə təqdim edir. Kök hüceyrə müalicələri və toxuma bankçılığı bu gün bir çox xəstəliyin müalicəsində mühüm əhəmiyyət daşıyır.