Kongo Prezidenti: COP29-da Afrikanın 15 ölkəsinin rəhbərləri dünyaya yeni ideyalar təqdim edəcək
COP29-un Mavi Zonasında Kongo Milli pavilyonunda çıxış edən Kongo Respublikasının Prezidenti Deni Sassu-Nqesso, Afrikanın 15 ölkəsinin liderləri ilə COP29 platformasında görüşərək yeni ideyaları müzakirə edəcəklərini bildirib. O, Kongo şəhərlərinin yaşıl şəhərlərə çevrilməsi məqsədilə minlərlə ağacın əkildiyini qeyd edib və bu ağacların qorunması üçün hər kəsin məsuliyyət daşıdığını vurğulayıb.
Prezident Sassu-Nqesso, Brazavildə və digər şəhərlərdə meşəsalma və yaşıllaşma təşəbbüslərinə dair konfranslar və tədbirlər təşkil edildiyini əlavə edərək, Afrika və Karib ölkələri ilə təbii ehtiyatların yaşıllaşmanın inkişafına töhfə verməsi üçün birgə fəaliyyət göstərəcəklərini bildirib.






