KÖNÜL HƏMZƏYEVA SAXLANILDI
KÖNÜL HƏMZƏYEVA SAXLANILDI
İŞ ADAMI DƏLƏDUZLUQDA İTTİHAM OLUNUR
“Beautytime” salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva saxlanılıb. O,
keçirilən əməliyyat tədbirləri nəticəsində Nərimanov rayonu ərazisində tutulub.
Xanım iş adamı külli miqdarda dələduzluqda ittiham olunur.Bir neçə gün öncə Könül Həmzəyeva istintaqdan qaçıb gizləndiyi üçün axtarışa verilmişdi. Qeyd edək ki, 1 ay əvvəl tanınmış influenser Fidan Zeyn və Azerina da K.Həmzəyevadan şikayət edib. Onlar Xətai Rayon Polis İdarəsinə müraciət edib və Könülün onların 150 min manatını mənimsədiyini bildirib.




