“‘KOROĞLU” YENİDƏN DƏNİZƏ QAYITDI
TANKERİN TƏMİRDƏN SONRA İLK SƏFƏRİ TÜRKMƏNİSTANA OLUB
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “Koroğlu” tankeri təmirdən sonra yenidən istismara qaytarılıb və onun ilk səfəri Türkmənistanın Kiyanlı limanına olub.Qurumdan bildirilib ki, Dəniz Nəqliyyatı Donanmasının tərkibində istismar olunan tanker üzrə təmir işləri “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılıb.Qeyd edək ki, sürəti 12 uzel olan gəmi 13 min ton yükdaşıma qabiliyyətinə malikdir.




