KREDİT VƏ BORCU OLANLARA SEVİNDİRİCİ XƏBƏR
ALİ MƏHKƏMƏ QƏRAR VERDİ
KREDİT VƏ BORCU OLANLARA SEVİNDİRİCİ XƏBƏR
Azərbaycan Ali Məhkəməsi borca görə gecikdirmə faizlərinin necə hesablanmalı olduğunu aydınlaşdıran qərar verib. Məhkəmə bildirib ki, gecikdirmə faizi yalnız ödənilməmiş əsas borc məbləği üzrə və borc qaytarılan günə qədər hesablanmalıdır. Qərara əsasən, daha əvvəl məhkəmə qərarı ilə tutulmuş faizlər əsas borca əlavə edilə bilməz və həmin ümumi məbləğ üzərindən yenidən faiz hesablanması qanuna ziddir. Bu, “faizdən faiz” tutulması sayılır və Mülki Məcəllə ilə qadağan olunur.Ali Məhkəmə vurğulayıb ki, faiz borcu məhkəmə qərarı ilə tutulsa belə, əsas borca çevrilmir. Bu cür yanaşma borclunun vəziyyətini həddindən artıq ağırlaşdırır və ədalət prinsipinə ziddir. Nəticədə, Ali Məhkəmə kassasiya şikayətlərini rədd edib və apellyasiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.




