KRİPTOVALYUTA İLƏ VARLANMAQ İSTƏYƏNLƏRİN NƏZƏRİNƏ
ƏMƏLİYYATLAR İZLƏNƏCƏK VƏ QEYDƏ ALINACAQ
Azərbaycanda bütün kriptovalyuta əməliyyatları izləniləcək və qeydə alınacaq. Bu addımın məqsədi vergidən yayınma və çirkli pulların yuyulmasının qarşısını almaqdır. Ölkəmiz 2028-ci ildən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının hazırladığı CARF adlı beynəlxalq standartı tətbiq edəcək. CARF – Kripto-aktivlər üzrə Hesabatlılıq Çərçivəsidir. Bu çərçivə sayəsində kripto aktivlərlə bağlı məlumatlar toplanacaq və ölkələr arasında paylaşılacaq. Məlumatlar əsasən mərkəzləşdirilmiş kripto birjalara, bəzi mərkəzləşdirilməmiş platformalara, kripto bankomatlara və brokerlərə şamil olunacaq. Toplanan məlumatlar gələcəkdə həm vergi hesabatı üçün, həm də kripto aktiv sahiblərini müəyyən etmək üçün istifadə oluna bilər. Hazırda 75 ölkə CARF standartını tətbiq etməyi öhdəsinə götürüb .




