“LAÇIN”LA 225 MİN TONDAN ÇOX NEFT DAŞINDI
“LAÇIN”LA 225 MİN TONDAN ÇOX NEFT DAŞINDI
MİLLİ TANKER YENİ REKORD QIRDI
Azərbaycanın ilk milli tankeri “Laçın” istismara verildiyi vaxtdan indiyədək 225 min tondan çox neft və neft məhsulu daşınıb. Bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” məlumat yayıb. Bildirilib ki, gəmi ilə ötən 6 il ərzində müxtəlif limanlara ümumilikdə 36 səfər həyata keçirib. Qeyd edək ki, Bakı Gəmiqayırma Zavodunda inşa olunan “Laçın” tankeri 13 dekabr 2019-cu ildə istismara verilib. Tankerin ümumi tutumu 9 190 kubmetr olan altı yük tankına malikdir.




