LÜKS VƏ SÜRƏTİ SEVƏNLƏRİN DİQQƏTİNƏ 2025-Cİ İLİN ƏN BAHALI 5 MAŞINI HANSIDIR?
2025-ci ilin ən bahalı avtomobilləri açıqlanıb. Siyahıya 30 milyon dollara satılan Rolls-Royce La Rose Noire Droptail (tələffüzü : Rols-Roys La Roz Nuar Drop-teyl) liderlik edir. Avtomobil 563 at gücünə malikdir və 100 km/saat sürətə 5 saniyədə çatır.İkinci yerdə 28 milyon dollarlıq Rolls-Royce Boat Tail (tələffüzü : Rols-Roys Bout-teyl) , üçüncü yerdə isə 18,8 milyon dollarlıq Bugatti La Voiture Noire( tələffüzü: Bugati La Voa-tur Nuar) qərarlaşıb. Bugatti 1500 at gücünə malikdir və maksimal sürəti 420 km/saatdır. Dördüncü sırada 17 milyon dollarlıq Pagani Zonda HP Barchetta (tələffüzü: Pa-gani Zon-da Eych-Pi Bar-ke-ta) beşinci yerdə isə 14,5 milyon dollarlıq SP Automotive Chaos( Es-Pi O-to-motiv Key-os) modeli gəlir .Keyos 3000 at gücünə sahibdir və 0–100 km/saat sürətə cəmi 1,5 saniyəyə yüksəlir.
Qrafika üçün:
2025-ci ilin Ən Bahalı Avtomobilləri
- “Rolls-Royce La Rose Noire Droptail “— 30 milyon $
- “Rolls-Royce Boat Tail” — 28 milyon $
- “Bugatti La Voiture Noire” — 18,8 milyon $
- “Pagani Zonda HP Barchetta” — 17 milyon $
- “SP Automotive Chaos” — 14,5 milyon $




