İQTİSADÇIDAN PROQNOZ
MAAŞ VƏ PENSİYALAR ARTIRILA BİLƏR
Bəzi sosial xərclər, maaş və təqaüdlər artırıla bilər. Bunu “Unikal”a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, may–iyun aylarında büdcəyə əlavələr və dəyişikliklər edilir və bu il də istisna olmaya bilər. Onun sözlərinə görə, qanun layihəsinin mayın sonu – iyunun əvvəlində parlamentə təqdim olunması ehtimal edilir. Bundan əvvəlki müzakirələrdə hər il minimum əməkhaqqının artırılması ilə bağlı təklif var idi. Bu il hələki minimum əməkhaqqı artırılmayıb. Ona görə minimum əməkhaqqının və minimum təqaüdün artırılması ilə bağlı qanunvericilik təklifləri ola bilər. Düşünürəm ki, ən azı 10-15%-lik artımlar gözlənilir- deyə iqtisadçı bildirib. Qeyd edək ki, 2026-cı ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 65 dollar nəzərdə tutulub. Hazırda isə “Azeri Light” markalı neftin 1 barelinin qiyməti 140 dollardan baha satılır ki, bu da büdcəyə əlavə gəlirlər formalaşdırır və dəyişikliklər üçün maliyyə imkanlarını genişləndirir.




