MAŞIN BAZARI AĞDAMA KÖÇÜRÜLÜRCƏNUBİ QAFQAZIN YENİ TİCARƏT QOVŞAĞI
Bakıdakı maşın bazarı Ağdama köçürüləcək. Plan Ağdamın regional ticarət və logistika mərkəzinə çevrilməsi, işğaldan azad edilən bölgələrə yeni iqtisadi axının yaradılması, nəqliyyat infrastrukturunun gücləndirilməsi və yeni sahibkarlıq fəaliyyəti və məşğulluq imkanlarının artırılmasına xidmət edir.Ağdamda formalaşacaq bazar Cənubi Qafqazın və regionun ən böyük və nüfuzlu avtomobil bazarlarından biri olmağa namizəddir.Bu zona Cənubi Qafqazda aparıcı avtomobil ticarət mərkəzi olacaq. Region ölkələri ilə avtomobil və ehtiyat hissələri ticarətində tranzit rolunu gücləndirəcək.Xüsusilə Ələt Azad İqtisadi Zonasının aktiv fəaliyyətə başlamasından sonra Azərbaycanın ticarət, logistika və sənaye ekosistemində tamamilə yeni əlaqələr formalaşacaq.




