“MƏN YENİ BİR HƏYATA BAŞLAYIRAM”
ŞİRKƏTLƏR QRUPU 92 YAŞLI YAZIÇINI İŞƏ GÖTÜRDÜ
“Ofisait” mağazalarını idarə edən “İNCİ” şirkətlər qrupu, yazıçı-jurnalist, təbii üsullarla müalicə üzrə mütəxəssis, “Möcüzəsiz Möcüzə” kitabının müəllifi 92 yaşlı Ərşad Əzimzadəni işə qəbul edib.Bu barədə “İNCİ” şirkətlər qrupunun İdarə Heyətinin sədri Mikayıl Yusifov məlumat paylaşıb. Paylaşımda Ərşad Əzimzadənin fikirləri yer alıb. “Mən yeni bir həyata başlayıram. Yer üzündə elə bir şirkət yoxdur ki, o, 92 yaşlı “qocanı” işə dəvət etsin. Bunu yalnız “İNCİ” şirkəti bacardı”, deyə Ərşad Əzimzadə bildirirb




