MƏRKƏZİ BANKDAN YENİ QƏRAR
KART ÖDƏNİŞLƏRİNDƏ KOMİSSİYALARA LİMİT QOYULDU
Azərbaycanda kartla ödənişlərdə tətbiq olunan xidmət haqqının maksimum həddi müəyyən edilib. Bu qərarı Mərkəzi Bankın sədri Taleh Kazımov imzalayıb və iyunun 1-dən qüvvəyə minəcək.Yeni qaydalara görə aptek və supermarketlərdə ödənişlərdə komissiya ən çox 1.25% ,yanacaqdoldurma məntəqələrində 0.75%,ümumi sahələrdə isə maksimum 1.5% olacaq.Bu qərar bankların kart ödənişlərindən götürdüyü komissiyaya limit qoyur. Belə ki,komissiya kartı verən bankla ödənişi qəbul edən bank arasında bölünür və bəzən keşbek kimi müştərilərə geri qaytarılır.




