MƏŞHUR FUTBOLÇU ÇANTASI İLƏ GÜNDƏM OLDU
QİYMƏTİ EŞİDƏNLƏRİ ŞOKA SALDI
“Qalatasaray”ın “Kasımpaşa” üzərində 3-0 hesablı qələbəsindən sonra Barış Alper Yılmazın geyim tərzi sosial mediada geniş müzakirələrə səbəb olub. Xarici mediada yayılan məlumatlata görə, Yılmaz qara kostyumunu eyni rəngli çantası ilə tamamlayıb. Xüsusi diqqət çəkən isə onun çantasının qiyməti olub. Məlum olub ki, 25 yaşlı futbolçunun çantasının qiyməti 7100 avrodur. Təxminən 14 min 129 manat. Qeyd edək ki, Barış Alper Yılmaz Qalatasaray FK-da sağ cinah yarımmüdafiəçisi və mərkəz hücumçusudur.




