MƏZAHİR PƏNAHOVUN OĞLU MƏHKƏMƏNİ UDUZDU
300 MİN MANATLIQ ƏMLAKI KEÇMİŞ HƏYAT YOLDAŞINA QAYTARMALIDIR
Mərkəzi Seçki Komissiyası sədri Məzahir Pənahovun oğlu Məhəmməd Pənahovla keçmiş həyat yoldaşı arasında uzun sürən məhkəmə çəkişməsi yekunlaşıb. Oxu.Az xəbər verir ki, Ali Məhkəmə Məhəmməd Pənahovun kassasiya şikayətini təmin etməyib və Bakı Apellyasiya Məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Qərara əsasən, ümumi dəyəri 300 min manata yaxın olan qızıl-zinət əşyaları, bahalı saatlar və digər şəxsi əmlak qadına qaytarılmalıdır.Məhkəmə qərarına əsasən qaytarılmalı olan əsas əşyalar bunlardır:
Toy komplekti (boyunbağı, üzük, qolbaq, sırğalar) – 150 000 AZN
Brilyant təkqaş üzük – 50 000 AZN
Oval böyük brilyantlı təkqaş üzük – 40 000 AZN
3 dəst brilyant komplekt – 38 000 AZN arası
Brilyant və zümrüd daşlı üzüklər – 3550 AZN
Ağ qızıldan iki ədəd “Roberto Coin” qolbaqlar – hər biri 3 000 AZN
Qızıl və brilyant qolbaqlar – 700–1 500 AZN arası
Və ümumi dəyəri 10 490 manat olan 4 ədəd saat. Bundan əlavə:
100-ə yaxın əl işi rəsm əsəri
60 000 AZN dəyərində iki çamadan şəxsi əşya
40 adda cehiz əşyası
10 000 manat nağd pul
40 adda geyim və 9 ziyafət paltarı
Qeyd edək ki, Məhəmməd Pənahova keçmiş həyat yoldaşı ilə birlikdə ABŞ-nin Kaliforniya ştatında yaşayıb. Qadının sözlərinə görə, evlilik müddətində əri tərəfindən şiddətə məruz qalıb, 17 ay birgə yaşadıqdan sonra qaldıqları villadan qaçaraq xilas ola bilib. Bir müddət əvvəl isə onun həyat yoldaşı tərəfindən fiziki zorakılığa məruz qalmasına dair fotolar yayılmışdı.




