“MİDA”DA 10 DƏQİQƏYƏ 627 MƏNZİL SATILDI
“MİDA”DA REKORD NƏTİCƏ
CƏMİ 10 DƏQİQƏYƏ 627 MƏNZİL SATILDI
Bakıda növbəti güzəştli mənzil seçimi yekunlaşıb. Proses 10 dəqiqə davam edib. Bu çərçivədə MİDA-nın Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi, Sumqayıt Yaşayış Kompleksi, Lənkəran Yaşayış Kompleksi, Binəqədi Yaşayış Kompleksi, Şirvan Yaşayış Kompleksi və Yevlax Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı həyata keçirilir. Qeyd edək ki, prosesdə ümumilikdə 627 mənzilin satışı nəzərdə tutulub.




