MİLLƏT VƏKİLİNDƏN SÜNİ BAHALAŞMA İLƏ BAĞLI SƏRT AÇIQLAMA
MİLLƏT VƏKİLİNDƏN SÜNİ BAHALAŞMA İLƏ BAĞLI SƏRT AÇIQLAMA
“NADÜRÜSTLƏR MAAŞLARIN ARTACAĞINI EŞİDƏN KİMİ QİYMƏTLƏRİ QALDIRIR”
Nadürüst adamlar da var ki, eşidən kimi pensiya, əməkhaqqı artacaq, qiyməti də artırır. Yəni süni artımlar da var.Bunu millət vəkili Siyavuş Novruzov qafqazinfo-nun suallarını cavablandırarkən deyib. Qiymət artımlarından xəbərdar olduğunu deyən deputat bildirib ki,bu artımlar ciddi xarakter daşıyır, lakin proses yalnız Azərbaycanla məhdudlaşmır. “Qiymət artımları var və olduqca ciddidir. Amma bu, təkcə bizdə deyil. Yayda, payızda bir neçə ölkədə oldum, əvvəlki ilə indiki arasında yerlə-göy qədər fərq var. Bu, dünyada gedən proseslərdir. Bizdə artım nədədir: yağda, ətdə və digər ərzaq məhsullarında. Bunların hamısı ilə Azərbaycan öz-özünü təmin edə bilmir. Biz əti də, yağı da xaricdən idxal edirik. Buna görə də orada qiymət artırsa, dərhal bura da təsir edir deyə millət vəkili bildirib.




