MİLYARDERLƏRİN SƏRVƏTİ DAHA DA ARTDI RUSİYADAKI İŞ ADAMLARININ GƏLİRLƏRİ AÇIQLANDI
Rusiyanın varlı iş adamlarının sərvəti 2025-ci ilin əvvəlindən 18.1 milyard dollar artıb. Belə ki, bu ölkənin ən böyük dəmir filizi istehsalçısı “Metalloinvest”in səhmdarı Alişer Usmanov ilin əvvəlindən 5,32 milyard dollar qazanıb, onun sərvəti 18,5 milyard dollara çatıb. Ural Dağ-Mədən Metallurgiya Şirkətinin təsisçisi İskəndər Mahmudovun sərvəti isə 4,43 milyard dollar artaraq 7,56 milyard dollar olub. Eyni zamanda, “Telegram” mesencerinin həmtəsisçisi Pavel Durov ilin əvvəlindən 2,44 milyard dollar qazanıb, onun sərvəti 13,4 milyard dollar təşkil edib. “Wildberries”in təsisçisi Tatyana Kim 654 milyon dollar qazanıb, onun sərvəti 8,03 milyard dollara qədər artıb. Novolipetsk Metallurgiya Kombinatının Direktorlar Şurasının sədri Vladimir Lisinin sərvəti isə 3,07 milyard dollar azalaraq 22,8 milyard dollar təşkil edib.
Qrafika:
Alişer Usmanov – İl ərzində: 5.32 milyard dollar, ümumilikdə: 18.5 milyard dollar
İskəndər Mahmudov – İl ərzində: 4.43 milyard dollar, ümumilikdə: 7.56 milyard dollar
Pavel Durov – İl ərzində: 2.44 milyard dollar, ümumilikdə: 13.4 milyard dollar
Tatyana Kim – İl ərzində: 654 milyon dollar, ümumilikdə: 8.03 milyard dollar
Vladimir Lisin – İl ərzində: 3.07 milyard dollar, ümumilikdə: 22.8 milyard dollar




