MİLYONLARLA “İPHONE” İSTİFADƏÇİSİ RİSK ALTINDA
HAKERLƏR BANK TƏTBİQLƏRİNİZƏ DAXİL OLA BİLƏR
“Google” tədqiqatçıları “iVerify” və “Lookout” mütəxəssisləri ilə birlikdə iOS əməliyyat sistemində “DarkSword” adlandırılan və cihazın təhlükəsizliyini tamamilə sıradan çıxaran kritik bir boşluq aşkar ediblər.Yeniavaz.com ““Google”dan açıqlanan məlumatlara istinadən xəbər verir ki, istifadəçi fərqində olmadan bank saytı və ya xəbər portalı kimi maskalanmış zərərli linkə daxil olduqda, hakerlər gizli şəkildə telefondakı parollara, şəxsi fotoşəkillərə, “WhatsApp” və “Telegram” yazışmalarına, hətta bank tətbiqlərinə çıxış əldə edə bilirlər. Ən qorxulu məqam isə odur ki, bu boşluq vasitəsilə telefonun kamerası və mikrofonu istifadəçidən xəbərsiz aktivləşdirilə bilər. Xüsusilə iOS 18.4 və 18.7 versiyaları arasında qalan milyonlarla “Ayfon” istifadəçisi hazırda böyük risk altındadır, çünki sistemdəki altı fərqli zəiflik hakerlərin işini asanlaşdırır. “Apple” artıq bu təhlükəni aradan qaldırmaq üçün iOS 18.7.2 və daha yuxarı yeniləmələri istifadəyə verib, lakin hələ də proqram təminatını yeniləməyən şəxslər hakerlərin hədəfindədir. İstifadəçilərə tövsiyə olunur ki, telefonlarını ən son versiyaya yeniləsinlər, şübhəli linklərə daxil olmasınlar




