MİLYONLARLA MANATLIQ MÜQAVİLƏ
MİLYONLARLA MANATLIQ MÜQAVİLƏ
“BAKUBUS” QARAJINI MODERNLƏŞDİRİR
BakuBus MMC Albalılıq avtobus parkının elektrik təchizatını yeniləmək üçün “BAKELEKTRO” ASC ilə 12.2 milyon manatlıq müqavilə imzalayıb. Eyni zamanda, təmir mərkəzi üçün 738 min manatlıq alət və avadanlıq satınalması “Toptul.az” MMC-yə həvalə olunub. Bu addımlar parkın işini modernləşdirir və xidmət keyfiyyətini artırmaq məqsədi daşıyır.




