MİLYONLUQ VERGİ QALMAQALI
MƏŞHUR BLOQER BARƏSİNDƏ HƏBS QƏRARI VERİLDİ
Azərbaycanəsilli rusiyalı bloqer Hüseyn Həsənova qarşı Rusiyada ittiham irəli sürülüb. Oxu .az xəbər verir ki, o, cinayət yolu ilə əldə edilən vəsaitlərin yuyulmasında və 170 milyon rubl- təxminən 3.8 milyon manat vergi ödəməməkdə günahlandırılır. 2025-ci ilin sentyabr ayında Federal Vergi Xidməti Həsənovun 2023-cü ildə suşi rolları istehsal etmək üçün təsis edilən sonuncu şirkəti olan “Banda Fuds”u da ləğv edib. Şirkət zərərlə işləyib və borcu təxminən 800 000 rubl -təxminən 17 800 manat olub. Hüseyndən borcunu ödəmək tələb olunsa da, o, Rusiyanı tərk edib. Bloger barəsində qiyabi həbs qərarı çıxarılıb və o, hazırda axtarışdadır.




