YATIRILAN İNVESTİSİYA ÖZÜNÜ DOĞRULTMADI?
MÜBARiZ MƏNSİMOVUN HƏMTƏSiSÇiSİ OLDUĞU KANAL BAĞLANIR
Türkiyədə azərbaycanlı iş adamı Mübariz Mənsimovun həmtəsisçisi olduğu deyilən Ekol TV bağlanır. Məlumata görə, buna səbəb ora yatırılan investisiyanın özünü doğrultmaması olub. Lent.az xəbər verir ki, kanalın rəsmi internet saytında yayımlanan açıqlamada bildirilib ki, son dövrdə baş verən kapital strukturu dəyişiklikləri iqtisadi dayanıqlılığa mənfi təsir edib və bu səbəbdən yayımın davam etdirilməsi mümkün olmayıb.Qeyd edək ki, Ekol TV-nin qurulması ideyası ilkin olaraq professor Ersan Şenə məxsus idi. Lakin kanal yayıma başlamazdan əvvəl o, rəhbərlikdən ayrılıb. Daha sonra layihəni azərbaycanlı iş adamı Mübariz Mansimov satın alınıb və kanal 2024-cü ildə fəaliyyətə başlayıb.




