MÜƏLLİMLƏRƏ XOŞ XƏBƏR
MÜƏLLİMLƏRƏ XOŞ XƏBƏR
GÜZƏŞTLİ KARTLARIN VERİLƏCƏYİ TARİX AÇIQLANDI
Müəllimlər üçün nəzərdə tutulan güzəştli TəhsilPlus kartlarının sifarişi artıq tamamlanıb və yaxın aylarda Bakıya çatması gözlənilir.Kartlar 400 mindən çox təhsil işçisinə, o cümlədən müəllim və inzibati heyətə hissəli şəkildə paylanacaq. Bu barədə Təhsilin İnkişafı Fondundan bildirilib. Kart sahibləri tibb, sağlamlıq, idman, kitab, ofis ləvazimatları, kafe və restoranlarda keşbek və endirim imkanlarından yararlana biləcəklər.




