MÜƏLLİMLƏRİN İŞƏ QƏBULU İMTAHANI PULLU OLACAQ
KİMLƏR ÖDƏNİŞDƏN AZAD EDİLƏCƏK?
Müəllimlərin işə qəbulu üzrə keçirilən imtahan ödənişli olacaq. Bu, “Ümumi təhsil haqqında” qanun layihəsində öz əksini tapıb.Təqdim olunan dəyişikliklərə əsasən, ödəniş ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərə münasibətdə nəzərdə tutulmayıb.Ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən ediləcək. Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.




