MÜHARİBƏ İRANIN GƏLİRLƏRİNİ KƏSKİN ARTIRDI
MÜHARİBƏ İRANIN GƏLİRLƏRİNİ KƏSKİN ARTIRDI
ÖLKƏNİN GÜNDƏLİK NEFT İXRACI 1.6 MİLYON BARELƏ ÇATIB
İran Hörmüz boğazında yeganə ixracatçıya çevrildiyindən, onun neft gəlirləri sürətlə artır. Bloomberg-in məlumatına görə 23 milyon barrellik neft axının hazırda 8-10 milyon barrelini körfəzdən yalnız İran ixrac edir. Müharibə başlayandan bəri, İran qiymətlərin kəskin artımından istifadə edərək yüz milyonlarla dollar əlavə neft gəliri qazanıb. İranın martda ixracı müharibədən əvvəlki səviyyələrə yaxın – gündə təxminən 1,6 milyon barel qalxdığı təxmin edilir. Bununla da ölkənin neftdən günlük gəliri 150 milyon dollara çatıb.




