NAXÇIVANA DRON HÜCUMUNA GÖRƏ MƏKTƏBLƏR BAĞLANDI
HADİSƏ NƏTİCƏSİNDƏ XƏSARƏT ALAN OLMAYIB
İranın Naxçıvan aeroportuna dron hücumu ilə əlaqədar hava limanına yaxın ərazidə yerləşən məktəblərdə tədris dayandırılıb, müəllimlər və şagirdlər təxliyə edilib.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ərazidəki iki məktəb boşaldılıb:
“Təxliyə pedaqoji heyətin və şagirdlərin təhlükəsizliyi məqsədilə həyata keçirilib”.
İNTERŞUM:
Naxçıvanın Səhiyyə Nazirliyindən bildirilib ki, hadisə vaxtı ölən və ya xəsarət alan olmayıb.




