NAZİRLİKDƏ KORRUPSİYA QALMAQALI
MƏRKƏZİ HƏRBİ-HƏKİM KOMİSSİYASININ SABİQ RƏİSİ SAXLANILDI
Müdafiə Nazirliyi Mərkəzi Hərbi-Həkim komissiyasının sabiq rəisi Rasim Həsənov saxlanılıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Rasim Həsənov korrupsiya cinayətlərində ittiham olunur.Hazırda sərəncamda olan tibb xidməti mayoru Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən tutulub. Ona Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib. Məlumata görə, Bakı Hərbi Məhkəməsinin qərarı ilə Rasim Həsənov barəsində həbs qətimkan tədbiri seçilib. https://qafqazinfo.az/news/detail/merkezi-herbi-hekim-komissiyasinin-sabiq-reisi-saxlanildi-497623




