NEFT ŞİRKƏTİNDƏN MÜHÜM SAZİŞ
SOCAR GÜNDƏ 5 MİLYON DOLLAR GƏLİRİ OLAN NEFT YATAĞINDAN PAY ALDI
SOCAR Şimali Afrikada, Kot-d’İvuarda yerləşən “Baleine” neft-qaz yatağının işlənməsi layihəsində 10% iştirak payının alınması ilə bağlı “Eni S.p.A.” şirkəti ilə saziş imzalayıb.FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, sənəd Dünya İqtisadi Forumunun 2026-cı il İllik Toplantısı çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf və “Eni S.p.A.” şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi tərəfindən imzalanıb.Bu saziş SOCAR-ın Afrika qitəsinin zəngin neft-qaz resurslarına çıxışını təmin etməklə yanaşı, şirkətin qlobal genişlənmə strategiyasına tam uyğundur. Qeyd edək ki, “Baleine” Qərbi Afrikada son illərdə aşkar edilƏN ən iri neft-qaz yataqlarından biri hesab olunur. Dənizdə yerləşən nəhəng neft və qaz yatağı 2021-ci ildə kəşf edilib və 2023-cü ildə hasilatına başlanılıb.Hazırda “Baleine” yatağından işlənmənin 1-ci və 2-ci mərhələləri çərçivəsində gündəlik 62 min bareldən artıq neft və 2,1 milyon kubmetrdən çox qaz hasil edilir. Bu , dünya qiymətlərini nəzərə alanda gündəlik təqribən 5 milyon dollarlıq gəlir deməkdir. Qeyd edək ki, “Baleine” yatağı Afrikada ilk xalis sıfır emissiyalı dəniz neft-qaz layihəsidir. https://fed.az/az/energetika/socar-gunde-5-milyon-dollar-geliri-olan-neft-yatagindan-pay-aldi-250244




