NEFT TİCARƏTİNƏ YENİ MALİYYƏ AXINI
NEFT TİCARƏTİNƏ YENİ MALİYYƏ AXINI
AZƏRBAYCAN ŞİRKƏTİNƏ 25 MLN. DOLLAR KREDİT AYRILDI
Qara Dəniz Ticarət və İnkişaf Bankı “SOCAR Trading” şirkətinə əlavə maliyyə ayırıb. APA xəbər verir ki, bank şirkət üçün daha 25 milyon dollar təsdiqləyib.Bu vəsait 2019-cu ildə ayrılan 50 milyon dollara əlavədir. Beləliklə, ümumi maliyyələşmə 75 milyon dollara çatıb.Ayrılan pul xam neft və neft məhsullarının alqı-satqısı üçün istifadə olunacaq. Yəni, həm əvvəlcədən ödənişlərə, həm də göndərişdən sonrakı əməliyyatlara yönəldiləcək. Layihə çərçivəsində Azərbaycan və Rusiya nefti Türkiyədəki STAR zavoduna və digər ölkələrə göndəriləcək.Qeyd edək ki, “SOCAR Trading” isə SOCAR-ın törəmə şirkətidir və dünya bazarında neft ticarəti ilə məşğul olur.




