NEFTLƏ BAĞLI SENSASİON PROQNOZ
NEFTLƏ BAĞLI SENSASİON PROQNOZ
QİYMƏT DÖRD DƏFƏ ARTA BİLƏR
Qətərin enerji naziri Səəd əl-Kaabi neftin qiymətinin bir barel üçün 150 dollara çata biləcəyini bildirib . Nazir bu barədə “Financial Times” qəzetinə müsahibəsində danışıb.O, qeyd edib ki, əgər tankerlər və digər ticarət gəmiləri Hörmüz boğazından keçə bilməsə, neftin qiyməti iki-üç həftə ərzində bir barel üçün 150 dollara qədər yüksələ bilər.Onun sözlərinə görə, qazın qiymətləri də münaqişədən əvvəlki səviyyə ilə müqayisədə təxminən dörd dəfə arta bilər.Xatırladaq ki, bundan əvvəl “Brent” markalı xam neftin qiymətinin 2024-cü ilin aprel ayından bəri ilk dəfə bir barel üçün 88 dolları keçdiyi bildirilib.




