NƏHƏNG AVİAŞİRKƏTDƏ KÜTLƏVİ LƏĞVLƏR
NƏHƏNG AVİAŞİRKƏTDƏ KÜTLƏVİ LƏĞVLƏR
AVİASİYA YANACAĞI 2 DƏFƏ BAHALAŞDI
Skandinaviyanın nəhəng aviaşirkəti SAS, Yaxın Şərqdəki müharibə fonunda yanacaq qiymətlərinin kəskin artması səbəbindən aprel ayı üçün ən azı 1000 reysi ləğv etdiyini açıqlayıb. SAS rəhbəri Anko van der Verf bildirib ki, cəmi 10 gün ərzində aviasiya yanacağının qiyməti ikiqat artıb. Şirkət artan xərcləri kompensasiya etmək üçün bilet qiymətlərini qaldıran ilk daşıyıcılardan biri olub. Bu qərar həm daxili, həm də beynəlxalq uçuşlara təsir edəcək.




