NEON RƏNGLİ DƏNİZ MÖCÜZƏSİ
“YADPLANETLİ” İLBİZ HƏR KƏSİ HEYRAN ETDİ
Sakit okeanın şərq sahillərində təbiətin ən qeyri-adi canlılarından biri olan Hermissenda opalescens növünə aid dəniz ilbizi aşkar edilib. Parlaq və “neon” rəngləri ilə seçilən bu dəniz ilbizi cəmi 3–5 sm uzunluğundadır. Onun bədəni narıncı rəngli tikanvari çıxıntılarla örtülüb və bu görünüş sadəcə estetika deyil, həm də güclü müdafiə sistemidir. İlbiz qidalandığı orqanizmlərdən toksinləri toplayaraq həmin tikanlarda saxlayır və yırtıcıları uzaqlaşdırır.Rəngarəng görünüşü və “yadplanetli”yə bənzər forması ilə bu canlı sualtı dünyanın ən maraqlı təbii möcüzələrindən biri kimi qəbul edilir.




