“NESTLE”NİN SATIŞLARI AZALDI
“NESTLE”NİN SATLŞLARI AZALDI
İKİ İL ƏRZİNDƏ 16 MİN NƏFƏR İŞDƏN ÇIXARILACAQ
Nestlé yeni CEO Philipp Navratil rəhbərliyində genişmiqyaslı yenidənqurma proqramına başlayıb. Şirkət xərcləri azaltmaq və səmərəliliyi artırmaq üçün növbəti iki ildə 16 min işçini ixtisar etməyi planlaşdırır. Məqsəd 2027-ci ilin sonunadək ildə 1 milyard İsveçrə frankı qənaət əldə etməkdir.Nestlé əsas diqqəti qəhvə, ev heyvanları üçün məhsullar, sağlam qidalanma və qəlyanaltılara yönəldir. Şirkət 2025-ci ilə dair maliyyə nəticələrini də açıqlayıb. Bildirilib ki, satışlar 2% azalaraq 89,49 milyard, xalis mənfəəti isə 17% azalaraq 9,03 milyard İsveçrə frankı olub.




